Azərbaycanlı hüquqşünas Ukrayna müharibəsində ağır yaralandı - FOTO

Azərbaycanlı hüquqşünas Ukrayna müharibəsində ağır yaralandı -

Rusiyada yaşayan azərbaycanlı hüquqşünas Elman Paşayev Ukrayna müharibəsində yaralanıb.

Bu barədə tanınmış jurnalist Maksim Şevçenko məlumat yayıb.

O bildirib ki, Rusiya Silahlı Qüvvələri ilə müqavilə imzalayan və cəbhə xəttində olan tanınmış hüquqşünas Elman Paşayev ağır yaralanıb.

"O, xəstəxanaya təxliyyəsinin ləngidiyini bildirən mesaj göndərib və bunun qəsdən edildiyini iddia edir. Elman Paşayevin təxliyyəsində köməklik göstərilməsi üçün hər kəsdən böyük xahişim var", - deyə Şevçenko açıqlayıb.

Qeyd edək ki, Elman Paşayev Rusiyada uzun müddət vəkil kimi fəaliyyət göstərib.

Tanınmış rusiyalı aktyor Mixail Yefremovun ölümlə nəticələnən avtomobil qəzasından sonra azərbaycanlı vəkil onu məhkəmədə müdafiə edib. Lakin Paşayev məhkəməni uduzub. Daha sonra Rusiya Ədliyyə Nazirliyi Paşayevin vəkillik statusuna xitam verib.


Mənbə: bizim.media