HƏMAS döyüş bölgəsində girovların yarısını saxlayır

HƏMAS döyüş bölgəsində girovların yarısını saxlayır

Fələstinin HƏMAS hərəkatı hazırda müharibə zonası olan ərazilərdə israilli girovların yarısını sağ saxlayır.

Bu barədə HƏMAS-ın hərbi qanadı olan "İzzəddin əl-Qəssam" briqadaları qruplaşmasının nümayəndəsi Əbu Ubeyd teleqram kanalında məlumat yayıb.

"Həyatda olan girovların yarısı İsrail hərbçilərinin bu yaxınlarda təxliyyə edilməsini tələb etdiyi ərazilərdədir. Biz onları təhlükəsiz yerlərə köçürməmək qərarına gəldik, onları indi olduqları yerdə, güclü mühafizə altında saxlamağa qərar verdik. Lakin onların həyatları hələ də böyük təhlükə altındadır", - paylaşımda qeyd olunur.

Mənbə: report.az