Kanada Kiyevə 1,5 milyard dollar hərbi yardım ayıracaq

Kanada Kiyevə 1,5 milyard dollar hərbi yardım ayıracaq

Kanada hökuməti Ukraynaya 1,5 milyard dollar məbləğində hərbi yardım edəcək.

CBC-yə istinadən xəbər verilir ki, bunu ölkənin Baş naziri Mark Karni Kananaskisdə keçirilən “Yeddilik” (G7) sammiti çərçivəsində Ukrayna lideri Volodimir Zelenski ilə görüşündə deyib.

Telekanalın məlumatına görə, hərbi yardım paketinə PUA-lar daxil ola bilər. Bundan əlavə, Ottava Kiyevə 1,7 milyard dollar məbləğində kredit verəcək.

Qeyd edək ki, 2022-ci ilin fevralından Kanada Kiyevə 3,32 milyard dollarlıq hərbi yardım edib.

Mənbə: report.az