İran “F-35” təyyarəsi vurubmu? - Keçmiş səfirin “30-u məhv edilib” iddiası

İran “F-35” təyyarəsi vurubmu? - Keçmiş səfirin “30-u məhv edilib” iddiası

İsrailin 30 "F-35" təyyarəsi pilotları ilə birgə məhv edilib.

IRIB-ə istinadla xəbər verilir ki, bunu sabiq İran diplomati Həsən Kazemi Qumi deyib.

Kazemi İslam Respublikasının Kabildəki səfirliyinin rəhbəri və prezidentin Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi vəzifələrində çalışmış eks-diplomatdır. O, Mahmud Əhmədinejad hökuməti dövründə İranın İraqdakı səfiri olub.

12 günlük müharibə zamanı İran ordusu rəsmiləri 5 "F-35"in vurulmasını açıqlayıblar. Lakin İslam Respublikasının rəsmi məqamları indiyədək bu iddianı isbatlayacaq foto/video sübutlar təqdim etməyiblər.

"F-35" mövzusu İran mediası və sosial şəbəkələrdə hələ də geniş müzakirə olunur. İndiyədək iddiaya dair 2 video paylaşılıb, amma onlara dair rəsmi təsdiqləyici bəyanat verilməyib.

İsrail Xarici İşlər Nazirliyi "X"dəki farsca hesabında İran televiziyasında səslənən bu iddiaları müharibə dövründə ələ salaraq yazmışdı: "Niyə hələ də əsir düşən pilotlarımızın şəkillərini dərc etməmisiniz? Biz çox narahatıq".

Mənbə: yenisabah.az