Rusiya hava hücumundan müdafiə qüvvələri bu gecə 35 ədəd Ukrayna PUA-sı vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Bryanskda 9, Rostovda 7, Kaluqada 6, Samara, Moskva və Tulada 3, Belqorodda 2, Qara dəniz və Kursk üzərində isə 1 ədəd PUA vurulub.
Qeyd edək ki, Ukrayna ordusunun artıq bir neçə gündür ardıcıl olaraq Moskvaya hücumu nəticəsində hava limanlarının işi iflic olur.
Mənbə: axar.az