Yaponiyadan dünyaya Çinlə bağlı çağırış: Parada getməyin!

Yaponiyadan dünyaya Çinlə bağlı çağırış: Parada getməyin!

Yaponiya hökuməti diplomatik kanallar vasitəsilə Asiya və Avropa ölkələrini İkinci Dünya Müharibəsində qələbənin 80 illiyi ilə bağlı sentyabrın 3-də Çində keçiriləcək anım tədbirlərində və hərbi paradda iştirak etməməyə çağırıb.

Bu barədə "Kyodo" məlumat yayıb.

"Sentyabrın 3-də Çinin Tyananmen meydanında Pekinin 1937-45-ci illərdə “Yapon təcavüzünə qarşı Müqavimət Müharibəsi” və “Dünya Antifaşist Müharibəsində” qələbəsi adlandırdığı paradın keçirilməsi planlaşdırılır. Yaponiya xaricdəki səfirlikləri vasitəsilə digər ölkələri məlumatlandırıb ki, Çində keçirilən anım tədbirlərinin yapon əleyhinə çalarları var və bu tədbirlərdə iştiraka diqqətlə yanaşmaq lazımdır", — qeyd olunub.

Mənbə: axar.az