“Səbail”in legioneri: “Klub rəhbərliyi mənə təminat verib”

“Azərbaycanda özümü rahat hiss edirəm. Döyüş zonasından uzaqdayam”.

Apasport.az-ın məlumatına görə, bunu “Səbail”in Qvatemaladan olan qapıçısı Nikolas Hagen ölkəsinin mətbuatına açıqlamasında deyib.

Dağlıq Qarabağda baş verən hadisələrin onu qorxutmadığını bildirən 24 yaşlı qolkiper fikrini qarşıdakı çempionat oyununa yönəltdiyini söyləyib: “İnsanlarda narahatlıq var. Ümid edirəm ki, vəziyyət tezliklə stabilləşər. Klub rəhbərliyi mənə hər şeyin qaydasında olacağı təminatını verib. Azərbaycanda futbol davam edir. Məqsədim oyunlarda müntəzəm çıxış etmək, meydanda olmaqdır”.

Qeyd edək ki, “Səbail” Premyer Liqanın V turu çərçivəsində oktyabrın 4-də “Qarabağ”la qarşılaşacaq.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Qarabağ məsələsində adı hallanan Livan BMT-yə müraciət etdi

SONRAKI XƏBƏR

Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları Yaponiya mətbuatında