Azərbaycan çempionu olan idmançımız şəhidlik zirvəsinə yüksəldi

Azərbaycan çempionu olan idmançımız şəhidlik zirvəsinə yüksəldi

Cəbhədə gedən döyüşlərdə şəhid olanlar arasında idmançımız da var.

Fanat.Az xəbər verir ki, Atletika üzrə gənclər arasında Azərbaycan çempionu, Avropa Olimpiya təsnifat yarışlarının iştirakçısı, yeniyetmələr arasında Respublika Birinciliyinin qalibi - idmançımız Qeybiyev Arif vətən uğrunda şəhid olub.

Bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb. Federasiydan şəhid idmançımızın ailəsinə başsağlığı verilib.

Allah rəhmət eləsin!

Mənbə: fanat.az