Futbolçunun xanımından Erol Buluta sərt təpki

Futbolçunun xanımından Erol Buluta sərt təpki

"Fənərbağça"nın İstanbul derbisində "Beşiktaş"a məğlubiyyəti (3:4) müzakirələrə səbəb olub.

Hakimlikdəki səhvlər qabardılır, Erol Bulutun "11-lik" seçimi ilə əvəzetmələrdəki səhvləri ön plana çəkilir. Bir sözlə, 15 illik Kadıköy sindromunun qırılması ciddi səs-küy doğurub.

Offsideplus.az xəbər verir ki, baş məşqçinin qərarları ilə razılaşmayanlar arasında xanım da var. İlk hissədə qol vuran Papiss Sissenin fasilədən sonra meydandan alınması həyat yoldaşının xoşuna gəlməyib. Belədə Diallo Sisse flaş bir paylaşımla diqqətləri üzərinə çəkib.

Xanım Diallo "instagram" hesabında bu sözləri yazıb: "İlk hissədə qol vurdu, 45-ci dəqiqədə əvəzləndi. Mən bunu başa düşmədim. Kimsə mənə başa sala bilər"?

Mənbə: offsideplus.az