Argentinalı hücumçu Lionel Messinin "Barselona" ilə imzaladığı ilk müqaviləsi olan salfet hərraca çıxarılıb.
Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Lotun başlanğıc qiyməti 300 min funt sterlinqdir. Hərrac mayın 17-dək davam edəcək.
Qeyd edək ki, Messi "Barselona"nın yetirməsidir. Argentinalı hücumçu 2003-cü ildə əsas komandasında oynamağa başlayıb. Kataloniya klubunun heyətində o, 10 dəfə İspaniya çempionu, 7 dəfə İspaniya kubokunun qalibi olub və 4 dəfə isə Çempionlar Liqasını qazanıb.
Heybət
Mənbə: publika.az