Dünya çempionatında Şotlandiya milli komandasının Haiti yığmasına qarşı keçirəcəyi ilk oyun ərəfəsində ABŞ-da maraqlı anlar yaşanıb.
Xarici KİV-ə istinadən xəbər verilir ki, əslən Şotlandiyadan olan amerikalı asayiş keşikçisi matçdan əvvəl azarkeşlərin diqqətini çəkməyi bacarıb.
Şotlandiyalı polis nümayişkaranə şəkildə meydana daxil olaraq topla yüksək texniki məharət və idarəetmə bacarığı göstərib.
Onun futbol fəndləri həm yerli, həm də turnirə gələn şotlandiyalı fanatlar tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb.
Polisin topla etdiyi hərəkətlərin əks olunduğu görüntülər qısa müddətdə sosial şəbəkələrdə trendə çevrilib.
Mənbə: bizim.media