Yeni mövsümün hazırlığını davam etdirən “Qarabağ” bu gün ilk yoxlama oyununu keçirib.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakı toplanışı çərçivəsində “Zirə” ilə görüşüb.
“Azersun Arena”da baş tutan qarşılaşma Ağdam təmsilçisinin 4:3 hesablı qələbəsi ilə başa çatıb. 20 iyun (şənbə) Yoxlama oyunu 18:00. “Qarabağ” – “Zirə” - 4:3 Qol: George Papunaşvili (0:1), Kamilo Duran (1-1), Bəhruz Qurbanlı (2:1), Leandro Andrade (3:1), Yeqor Boqomolski (3:2), Mehdi Mütəllimli (4:2), Namik Ələskərov (4:3) Xatırladaq ki, “Qarabağ” bu mövsüm Azərbaycanı Avropa Liqasında, “Zirə” isə Konfrasns Liqasında təmsil edəcək.
Mənbə: qafqazinfo.az