“Xankəndi” baş məşqçi Zaur Hacıyev ilə yeni mövsümdə də əməkdaşlığını davam etdirəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bununla əlaqədar tərəflər arasında 1 illik müddətinə yeni müqavilə imzalanıb.
Qeyd edək ki, “Xankəndi” ötən mövsüm II Liqada çempion olub və I Liqaya vəsiqə qazanıb.
Mənbə: publika.az