UFC Şöhrət Zalının üzvü Həbib Nurməhəmmədov “İnter Mayami”də oynayan Lionel Messi ilə “Əl-Nəsr”da çıxış edən Kriştiano Ronaldo arasındakı rəqabətdən danışıb.
Kimuranın “X”-dəki hesabında Nurməhəmmədovun sözləri sitat gətirilib:
“Mən “Real Madrid” azarkeşiyəm, amma bu, Messinin nailiyyətlərini inkar edəcəyim anlamına gəlmir. Birini digərindən üstün tutmayacağam. Ronaldo olmasaydı, Messi də eyni olardımı? Yoxsa əksinə? Bunlar ciddi suallardır. Əminəm ki, onlar bir-birini ən yaxşı olmağa sövq ediblər. Hər ikisi böyük hörmətə layiqdir”.
Mənbə: publika.az