“Lion”un hücumçusu “Atletiko”ya keçdi

“Lion”un hücumçusu “Atletiko”ya keçdi

Fransanın “Lion” klubunun hücumçusu Mussa Dembelenin karyerasını İspaniyada davam etdirəcəyi dəqiqləşib.

Press.az xəbər verir ki, 25 yaşlı forvard “Atletiko”ya keçib.

Fransalı oyunçu artıq Madrid təmsilçisində tibbi müayinədən keçib. Transfer sənədlərinə də qol çəkilib. İndi yalnız bunun rəsmən elan edilməsi qalıb. “Atletiko” mövsümün sonuna qədər icarəyə götürdüyü Dembeleni yayda 33,5 milyon avroya birdəfəlik transfer etmək hüququna malik olacaq.

Qeyd edək ki, Mussa Dembele “Lion”a 2018-ci ildə “Seltik”dən keçib.

Mənbə: press.az