Sloveniyalı Tim Farçnik Beynəlxalq Biatlon İttifaqının prezidenti vəzifəsinə yeganə namizəddir.
Bu barədə Beynəlxalq Biatlon İttifaqının (IBU) mətbuat xidməti məlumat yayıb.
İttifaqın hazırkı rəhbəri, isveçli Olle Dahlin 2018-ci ildən bəri tutduğu vəzifəni tərk edəcək.
Seçkilər 17-20 sentyabr 2026-cı il tarixlərində Almaniyanın Berxtesqaden şəhərində keçiriləcək IBU Konqresində baş tutacaq.
Farçnik sloveniyalı idman rəsmisi və IBU İcraiyyə Komitəsinin üzvüdür.
İsveçli Sofiya Domej IBU vitse-prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.
Mənbə: publika.az