Artıq aparıcı Britaniya mediasında yer alan “Card Cop” layihəsi 26 noyabrda Londonun Bora Yards ərazisində açılacaq.
Layihənin təşəbbüskarları və investorları arasında “Tottenhem”in müdafiəçisi Tosin Adarabioyo (layihənin təsisçisi), eləcə də onun “Çelsi”də keçmiş komanda yoldaşları Ris Ceyms və Levi Kolvill, eləcə də “Vest Hem”in oyunçusu Kayl Uoker -Piters var. “Tottenhem”in müdafiəçisi uşaq yaşlarından kart toplamağa başladığını və 2020-ci ildə yenidən bu hobbiyə qayıtdığını bildirib:
“Mən illərdir kolleksiyaçılıqla məşğulam və bu hobbinin inkişafını görmək çox xoşdur. Bundan zövq alıram və bu, həm də azarkeşlərin sevimli oyunçularına daha yaxın olmaları üçün əla bir yoldur. Bir çox başqa kolleksiyaçılarla tanış olmuşam və birlikdə yaddaqalan, həyəcanlı anlar yaşaya bilmək üçün daha çox oyunçunu cəlb etməyi planlaşdırıram”, – “derbyderbyderby.it” oyunçunun sözlərini sitat gətirib.
Mənbə: publika.az