Osimhen: 3 aydır maaş ala bilmirəm

Osimhen: 3 aydır maaş ala bilmirəm

"Qalatasaray"ın nigeriyalı hücumçusu Viktor Osimhen sosial mediada Türkiyə klubunun rəhbərliyini sərt tənqid edib.

Futbolçu 3 aydır maaş ala bilmədiyini deyib.

Onun sözlərinə görə, pulunu verməsələr, komandanı tərk edəcək:

"Mən olmasaydım, dünyada heç kim "Qalatasaray"ı tanımazdı. Əgər pulumu verməsəniz, gedəcəyəm. Nankorlar!”

Qeyd edək ki, V.Osimhen “Qalatasaray”a İtaliyanın “Napoli” klubundan 75 milyon avro qarşılığında transfer olunub.

Mənbə: olke.az