Rusiyalı futbolçu Denis Makarov Türkiyənin “Kayserispor” klubundakı vəziyyəti barədə danışıb.
O, bir neçə aydır maaş almadığı üçün komandadan ayrılıb.
“FİFA-nın qərarını gözləyirik. Vəziyyəti həll etməyin yeganə yolu budur, klub bizi qəbul etmək üçün heç bir addım atmayıb. Bütün bunlar baş verdi – gizlədiləcək nə var? Bu normaldır. Bu, futboldur. Burada bizim öz qaydalarımız var, orada başqa qaydalar var”, – Makarov “Championat”a bildirib.
27 yanvar 2026-cı ildə Denis Makarovun “Kayserispor”a keçidi rəsmi olaraq elan edilib.
O, yeni klubunda debütünü 1 fevral 2026-cı ildə “Qalatasaray”a qarşı edib.
Mənbə: publika.az