"Sabah" Finlandiyada vacib görüşə çıxır Çempionlar Liqası:

"Sabah" Finlandiyada vacib görüşə çıxır

Bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində təmsilçimiz "Sabah" klubu doğma meydanda Finlandiyanın "KuPS" komandası ilə cavab görüşünə çıxır.

Finlandiyanın Kuopio şəhərindəki "Savon Sanemat Areena" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, tərəflər arasında iyulun 21-də keçirilmiş ilk görüş 1:0 hesabı ilə "Sabah"ın qələbəsi ilə başa çatmışdı.

Bu cütün qalibi UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Orxus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasında Danimarkada keçirilmiş ilk görüş 1:4 hesabı ilə polşalıların qələbəsi ilə yekunlaşıb.

Mənbə: bizim.media