Argentinaya vurduğu qolla “ən yaxşı qolun müəllifi” oldu

Argentinaya vurduğu qolla “ən yaxşı qolun müəllifi” oldu

Futbol azarkeşlərinin fikrincə, Kabo-Verde millisinin müdafiəçisi Sidni Kabral 2026-cı il dünya çempionatının ən yaxşı qolunun müəllifi olub.

Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

Dünya çempionatının 1/16 final mərhələsinin Kabo-Verde və Argentina milliləri arasındakı oyununda Afrika komandası əlavə vaxtda 2:3 hesabı ilə uduzub, futbolçu isə 103-cü dəqiqədə yarımmüdafiəçi Aleksis Mak Allisteri fəndlə keçərək topu qapıçı Emiliano Martinesin qoruduğu qapının yuxarı küncünə göndərməklə fərqlənib.

Səsvermədə Kabral ikinci və üçüncü yerləri tutan Eldor Şomurodov (Özbəkistan) və Vilson İzidorunu (Haiti) qabaqlayıb. Mükafata həmçinin Kilian Mbappe (Fransa), Lionel Messi (Argentina), Cud Bellinqem (İngiltərə) və Ferran Torres (İspaniya) də namizəd olublar.

Mənbə: bizim.media