Fransa millisinin sabiq baş məşqçisi Loran Blan Zinəddin Zidanın qarşıdan gələn təyinatından məmnundur.
Daha əvvəl mütəxəssisin iyulun 28-də Fransa millisinin baş məşqçisi kimi təqdim olunacağı barədə məlumat yayılmışdı.
“RMC Sport” Blanın sözlərini sitat gətirib:
“İnsanların “Çətin olacaq, Fransa yığması xüsusi bir haldır…’” kimi sözlər dediyini eşitmişəm. Amma dürüst desəm, Zidan nə ilə qarşılaşacaq? Sizcə, o, nədən qorxmalıdır? O, məşqçi kimi üç dəfə Çempionlar Liqasını qazanıb, futbolçu kimi Dünya çempionu olub (1998-ci ildə) və sizcə, bu missiya onu narahat edəcək?
Zidan onu nəyin gözlədiyini dəqiq bilir. Qalib gələndə ən yaxşı formada olacaq və məğlubiyyətlərdən sonra onu bacardığımız qədər sıxışdıracağıq. O, hər şeyi əvvəllər görüb. Mən onu bir az tanıyıram, o, buna böyük həvəslə yanaşır. Ümid edirəm ki, Fransa üçün də eyni şeyi edəcək. Bizim müstəsna bir nəslimiz var və o, onların parlamasını istəyəcək”.
Müəllif: Tural
Mənbə: publika.az