“Qalatasaray”, “İnter” və PSJ-nin keçmiş hücumçusu Mauro İkardinin agenti Letterio Pina 33 yaşlı futbolçunun Rusiya klubuna keçmə ehtimalı ilə bağlı açıqlama verib.
Pina “Sport24” müxbiri Vladislav Şapiro ilə söhbətində bildirib:
“Hazırda İkardi karyerasını Rusiyada davam etdirməyi düşünmür”.
İyulun əvvəlində İkardi Türkiyənin “Qalatasaray” klubu ilə müqaviləsinin müddəti bitdiyinə görə azad agent statusu alıb.
Mənbə: publika.az