Fatimə Bayramova dünya çempionatına qələbə ilə başladı

Fatimə Bayramova dünya çempionatına qələbə ilə başladı

53 kq çəki dərəcəsində mübarizə aparan Fatimə Bayramova Bakıda keçirilən U17 güləşi üzrə dünya çempionatında ilk görüşünə çıxıb.

O, Sela Cudit Rozov (İsrail) ilə üz-üzə gəlib.

Qarşılaşma təmsilçimizin tam üstünlüyü ilə başa çatıb - 11:0.

Qeyd edək ki, bu gün daha dörd güləşçimiz - Fidan Babayeva (61 kq), Simura Abdullayeva (69 kq), Nuray Cəfərli (48 kq) və Gülxanım Şirinova (40 kq) xalça üzərinə çıxacaq.

Dünən mübarizəyə qoşulan Qaratel Quliyeva (57 kq), Rəna Nuriyeva (65 kq), Vəfa Orucova ( 43 kq) və Nəzrin Əhmədli (49 kq) ilk görüşdəcə məğlub olublar.

Mənbə: bizim.media