Renat Dadaşovun Türkiyə klublarına keçidi baş tutmadı

Renat Dadaşovun Türkiyə klublarına keçidi baş tutmadı

Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovun Türkiyə klublarına keçidi baş tutmayıb.

Bu barədə informasiyanı yığmanın baş məşqçisi Ayxan Abbasov yayıb.

Mütəxəssis hücumçu üçün Türkiyədən təkliflərin olduğunu, lakin danışıqların müsbət yekunlaşmadığını deyib: "Renatın Türkiyədə bir-iki klub variantı var idi, danışıqlar gedirdi, amma təəssüf ki, alınmadı".

Xatırladaq ki, Renat Dadaşov son olaraq Polşanın “Motor” klubunda çıxış edib.

Mənbə: bizim.media