Qvardiola transfer iddialarına son nöqtəni qoydu

Qvardiola transfer iddialarına son nöqtəni qoydu

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola klubun transfer iddiaları barədə açıqlama verib.

Offsideplus.az beIN Sports-a istinadən xəər verir ki, 50 yaşlı mütəxəssis qış transfer dönəmində heç bir oyunçu almayacaqlarını bildirib. Belə ki, "şəhərlilər" əlində olan futbolçularla mövsümü başa vuracaq.

"Qış transfer dönəmində heç kəslə müqavilə imzalamayacağıq. Hələ müzakirə etməmişik, lakin mövsümü əlimizdə olan futbolçularla bitirəcəyik".

Qeyd edək ki, "Mançester Siti" yay transfer dönəmi üçün Qvardiolaya 200 milyon funt sterlinq məbləğində transfer büdcəsi vəd edib.

Mənbə: offsideplus.az