BİZİM TƏQVİM: 27 apreldə baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 27 apreldə baş vermiş tarixi hadisələr

1920-ci il 27 apreldə bolşevik Rusiyasının 11-ci ordusu Azərbaycan ərazisinə daxil olub. Ertəsi gün – aprelin 28-də bu ordu Bakını işğal edib və Azərbaycanda sovet hakimiyyətinin qurulduğu elan olunub. Bununla da demokratik cümhuriyyətin 23 aylıq müstəqillik dövrünə son qoyulub.
Sovet hakimiyyəti Azərbaycanda 71 il sürüb və yalnız SSRİ dağıldıqdan sonra Azərbaycan Respublikası öz suverenliyini yenidən bərpa edib.

Bəs, 27 apreldə dünyada daha hansı hadisələr baş verib?

1. 1064-cü ilin 27 aprelində Sultan Alparslan Səlcuqlu imperatorluğunun taxtını alıb. O gündən Abbasilər xilafəti Sultan Alparslanın adından xütbələr oxudub.

2. 27 aprel 1828-ci ildə dünyanın ilk və ən qədim zooparkı hesab olunan London Zooloji Parkı açılıb. İlk vaxtlar buraya gətirilən növlərin elmi təcrübələrdə istifadə olunması planlaşdırılırdı. Amma 1847-ci ildə xalqın istifadəsinə açılıb. Hazırda 806 növdə 20 minə yaxın heyvanın olduğu park Böyük Britaniyanın ən böyük zooparkıdır.

3. Amerika Vətəndaş Müharibəsi başa çatdıqdan sonra şimal əsir əsgərlərini aparan "Sultana" buxar gəmisi 1865-ci il 27 apreldə Missisipi sularında batıb. Nəticədə, 1700 nəfər həyatını itirib.

4. 1909-cu ilin 27 aprelində Osmanlı Sultanı II Əbdülhəmid 33 illik hakimiyyətindən sonra taxtdan endirilib və yerinə V Mehmed keçib.

5. Əfqanıstan prezidenti Məhəmməd Davud Xan və hökuməti 27 aprel 1978-ci ildə saatlar sürən küçə döyüşlərindən sonra qanlı çevrilişlə iqtidardan endirilib.

6. 27 aprel 1988-ci ildə Kardifdə keçirilən Avropa Ağır Atletika Çempionatında ilk dəfə Türkiyə adına yarışa qatılan azərbaycanlı idmançı Naim Süleymanoğlu dünya rekordunu qırıb və üç qızıl medal qazanıb.

7. 1992-ci ilin bu günündə Betti Butroyd Böyük Britaniya İcmalar Palatasının 700 illik tarixi ərzində ilk qadın spiker seçilib.

8. 27 aprel 1992-ci ildə Azərbaycan Macarıstan ilə diplomatik əlaqələr qurub.

9. 2005-ci ilin bu günündə dünyanın ən böyük sərnişin təyyarəsi olan “Airbus A380” ilk uçuşunu edib. İkimərtəbəli gövdəsi olan təyyarə tək səfərdə 850 sərnişin daşıya bilir.

10. 27 aprel 2006-cı ildə 2001-ci il sentyabrın 11-də terror hücumu nəticəsində dağıdılan Dünya Ticarət Mərkəzinin yerində inşa olunan “Azadlıq qülləsi” binasının tikintisinə başlanılıb. Hündürlüyü 541 metr (1776 fut – ABŞ-ın İstiqlaliyyət Bəyannaməsinin imzalandığı ilin şərəfinə) olan bina bu göstəriciyə görə Qərb yarımkürəsində birinci, dünyada isə dördüncüdür.

27 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Portuqaliyalı dəniz səyyahı, tədqiqatçı və Yer kürəsinin dörddə birini gəzmiş Ferdinand Magellan növbəti dünya səyahəti zamanı 1421-ci ilin bu günü Filippinin Makta adasında yerli əhali ilə toqquşmada həlak olub.

2. Məşhur Osmanlı Sultanı Süleyman Qanuni 1495-ci ilin 27 aprelində Trabzonda dünyaya gəlib.

3. Ustad aşıq Aşıq Əsəd 27 aprel 1951-ci ildə vəfat edib.

4. 27 aprel 1979-cu ildə türkiyəli güləşçi, Dünya və Olimpiya çempionu Cəlal Atik vəfat edib.

5. Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılov 27 aprel 1952-ci ildə dünyaya gəlib.

Surxay Atakişiyev

Mənbə: bizim.media