Türkiyə Superliqasında derbilərin vaxtı açıqlandı

Türkiyə Superliqasında derbilərin vaxtı açıqlandı

Türkiyə Superliqasında 22-29-cu həftə matçlarının proqramları açıqlandı.

“Haber Global”ın məlumatına görə, bununla da futbol həvəskarlarının səbirsizliklə gözlədikləri derbilərin tarixləri müəyyənləşdi.

Beləliklə də, 22-ci həftədəki Beşiktaş - Trabzonspor matçı 31 yanvar, saat 19:00-da, Fənərbaxça - Qalatasaray derbisi 6 fevral, saat 19:00-da, 27-ci həftədəki Trabzonspor - Fənərbaxça derbisi isə 28 fevral, saat 19:00-da oynanılacaq.

Mənbə: milletinsesi.info