Kuadrado koronavirusdan sağaldı

"Yuventus"un futbolçusu Xuan Kuadrado koronavirusdan sağalıb.

Qol.az xəbər verir ki, bu barədə klububun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçidən götürülən son test nümunələrinin cavablarının neqativ çıxdığı bildirib.

Ona görə də kolumbiyalı oyunçu bu gün İtaliya Superkubokunda "Napoli" ilə keçirəcəkləri matçı üçün heyətə daxil ediləcək.

Kuadradonun yanvarın 5-də koronavirusa yoluxduğu məlum olmuşdu və o, bu səbəbdən 5 oyunu buraxmışdı.

Qeyd edək ki, "Yuventus" - "Napoli" görüşü Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Qırğızıstanda 20 yanvar şəhidləri anılıb

SONRAKI XƏBƏR

20 Yanvara aparan yolda gördüklərim, duyduqlarım...