UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Dinamo" (Kiyev, Ukrayna) oyununda ikinci qol vurulub.
Azərbaycan təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0.
69-cu dəqiqədə Aleksey Kaşuk fərqlənib.
20:12
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Dinamo" (Kiyev, Ukrayna) oyununda hesab açılıb.
Matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.
12-ci dəqiqədə Jali Muaddib fərqlənib.
20:00
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Dinamo" (Ukrayna) oyunu başlayıb.
Matç Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Qarşılaşmanın baş hakimi ingiltərəli FIFA referisi Stüart Attuelldir.
Xatırladaq ki, komandalar arasında Polşada baş tutan ilk oyun Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
III təsnifat mərhələsində üstün olan tərəf pley-off-da "Tvente" (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.
Mənbə: publika.az