Millimizin üzvü Türkiyədə qol vurdu, qırmızı aldı

Millimizin üzvü Türkiyədə qol vurdu, qırmızı aldı

Türkiyə 1-ci Liqasında 2-ci turun görüşləri keçirilir.

Azərbaycan millisinin üzvü Ozan Can Kökcünün heyətində çıxış etdiyi “Vanspor” səfərdə “Manisa” ilə üz-üzə gəlib.

Meydana fasilədən sonra çıxan yığmamızın futbolçusu qarşılaşmada qol vursa da, komandası 4:1 darmadağın edilib.

Kökçü son dəqiqələrdə meydandan qovulub.

“Vanspor” xalsızdır və sonuncu pillədədir.

Mənbə: publika.az