Həbibin çəkisi nə qədərdir? - Uaytın iddiasına cavab verdi

Həbibin çəkisi nə qədərdir? - Uaytın iddiasına cavab verdi

Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov UFC prezidenti Deyn Uaytın Nurməhəmmədovun çəki artımı səbəbindən döyüşlərə qayıtmayacağı ilə bağlı iddiasına cavab verib.

Uayt mətbuat konfransında bildirib ki, “Onun çəkisi təxminən 125 funtdur, artıq döyüşməyəcək”.

UFC prezidentinin sözlərinə cavab olaraq Həbib sosial mediada yazıb: “Mənim çəkim 205 funtdur, Deyn”.

Həbib Nurməhəmmədovun 37 yaşı var. O, UFC-də debütünü 2012-ci ildə edib və 2018-ci ildə təşkilatın yüngül çəkidə (70 kq-a qədər) çempionu olub. O, 2020-ci ildə karyerasını başa vurmazdan əvvəl titulunu üç dəfə qoruyub. Dünyanın ən nüfuzlu təşkilatında cəmi 13 qələbə qazanıb və heç bir məğlubiyyətə uğramayıb.

Mənbə: publika.az