Elvindən Zubirə vida - “Gözüm səni axtaracaq”

Elvindən Zubirə vida - “Gözüm səni axtaracaq”

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev komandadan ayrılan Abdullah Zubirlə bağlı paylaşım edib.

O, fransalı futbolçu ilə bu sözlərlə vidalaşıb:

“Səni unutmayacağam, mənim Zubam. Sənə ən yaxşısını arzulayıram. Gözüm səni axtaracaq”.

Qeyd edək ki, Elvinlə Zubirin “Qarabağ”da bir-biri ilə yaxşı anlaşdığı və birlikdə komandaya daha çox xeyir verdikləri müzakirə mövzusu idi.

Mənbə: qafqazinfo.az