FairSquare hüquq müdafiə təşkilatı FİFA prezidenti Canni İnfantinonun növbəti seçkidə namizədliyinin qarşısının alınmasını tələb edib.
Bu barədə "The Athletic" məlumat yayıb.
Təşkilat FİFA-nın İdarəetmə, Audit və Uyğunluq Komitəsinə göndərdiyi məktubda İnfantinonun dördüncü dəfə prezidentliyə namizədliyinin qurumun nizamnaməsinə zidd olduğunu bildirib.
FairSquare hesab edir ki, 2022-ci ildə İnfantinonun 2016-2019-cu illərdəki ilk prezidentlik müddətinin nəzərə alınmaması barədə qəbul edilən qərar qanunsuzdur. Həmin vaxt bu müddətin Yozef Blatterin yarımçıq qalan prezidentlik müddətinin davamı olduğu əsas gətirilmişdi.
Norveç Futbol Federasiyası da FairSquare-in şikayətini dəstəkləyib. Məlumata görə, FİFA rəhbərliyinin fəaliyyəti ətrafında yaranan digər mübahisələr fonunda İnfantinonun yenidən seçilmək şansları da sual altına düşüb.
Mənbə: unikal.az