“Qarabağ”ın dünənki transferi niyə baş tutmayıb?

“Qarabağ”ın dünənki transferi niyə baş tutmayıb?

“Qarabağ” ötən gün heyətinə yeni futbolçu qata bilərmiş.

Bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.

O, futbolçunun kimliyini açıqlamayıb: “İştirak ərizəsində dünən dəyişiklik olmalı idi. Yeni transfer olmalı idi. Amma müəyyən problemlər üzündən alınmadı. Hələ vaxtımız var, dəyişiklik edə bilərik”.

Mütəxəssis Jeremi Qnalinin potensialının olduğunu vurğulayıb: “Jeremi çox yaxşı potensialı var. Oyun praktikası qazanması üçün icarəyə verilməsi variantını nəzərdən keçiririk. “Transfer pəncərəsi” bağlanana qədər ehtiyac duyulan mövqelərə uyğun futbolçu axtarışlarını davam etdiririk”

Mənbə: publika.az