Nüfuzlu ESPN nəşri dünyanın ən yaxşı mərkəz hücumçularının reytinq siyahısını dərc edib.
Siyahıya “Bavariya”nın ingilis bombardiri Harri Keyn başçılıq edir.
Məlumata görə, təcrübəli hücumçu “Qızıl top”un da əsas namizədlərindən biri hesab olunur.
Bundan başqa, cədvəlin ikinci pilləsində “Real Madrid”in hücumçusu Kilian Mbappe qərarlaşıb. Ən yaxşı ilk üçlüyü isə “Mançester Siti”nin norveçli qolçusu Erlinq Haaland tamamlayır.
Dünyanın ən yaxşı 10 mərkəz hücumçusu siyahısında ardıcıllıqla Usman Dembele (PSJ), Xulian Alvares (“Atletiko Madrid”), Lautaro Martines (“İnter”), Kay Haverts (“Arsenal”), Joao Pedro (“Çelsi”), Viktor Osimhen (“Qalatasaray”) və Uqo Ekitike (“Liverpul”) yer alıb.
Xatırladaq ki, Harri Keyn 2025/26 mövsümündə Avropanın ali liqalarında ən çox qol vuran futbolçu kimi “Qızıl buts” mükafatına sahib çıxıb.
Mənbə: qafqazinfo.az