Dünya vitse-çempionu Argentina yığmasının və MLS çempionu “İnter Mayami”nin 39 yaşlı hücumçusu Lionel Messi karyerasında 922-ci qolunu vurub.
MLS-in müntəzəm çempionatının matçında “İnter Mayami” “Filadelfiya Yunion” ilə 2:2 hesabı ilə bərabərə qalıb.
Messi 922 qolu keçirdiyi 1169 matçda vurub. O, həmçinin 420 məhsuldar ötürmə edib.
Portuqaliya yığmasının və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun 41 yaşlı hücumçusu Kriştian Ronaldo isə 1330 matçda 976 qol vurub və 261 məhsuldar ötürmə müəllifi olub.
Hüseyn İbadlı
Mənbə: publika.az