Karate üzrə Avropa çempionatı Xorvatiyada keçiriləcək

Karate üzrə Avropa çempionatı Xorvatiyada keçiriləcək

Karate üzrə Avropa çempionatının keçiriləcəyi yer müəyyənləşib.

"Xalq qəzeti" xəbər verir ki, qitə çempionatı martın 19-dan 23-dək Xorvatiyanın Poreç şəhərində təşkil olunacaq.

Qeyd edək ki, yarışın əvvəlcə Göteborqda (İsveç) keçirilməsi planlaşdırılmışdı. Ancaq koronavirus pandemiyası ilə bağlı vəziyyətin pisləşməsi səbəbindən İsveç turniri keçirməkdən imtina etmişdi.

Mənbə: xalqqazeti.com