İbrahimoviçlə Lukaku kəllə-kəlləyə - VİDEO

İbrahimoviçlə Lukaku kəllə-kəlləyə -  VİDEO

İtaliya kubokunun 1/4 finalında ötən gecə keçirilən “İnter” – “Milan” matçında (2:1) insident yaşanıb.
Qol.az xəbər verir ki, ilk hissəsin sonlarında “Milan”ın müdafiəçisi Alessio Romanyoli Romelu Lukakuya qarşı kobud oynayıb. Lukaku ilə Romanyoli arasındakı mübahisəyə İbrahimoviç də qoşulub.

İsveçli hücumçu rəqibini təhqir edib. Baş hakim hər iki oyunçuya sarı vərəqə göstərib. 58-ci dəqiqədə isə İbrahimoviç kobud oyuna görə ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.
Xatırladaq ki, “İnter” “Milan”ı mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib.

Mənbə: qol.az