1986-cı il Dünya Kubokunun 1/4 final oyununun topu “Heritage Auctions”da satılıb.
Maradonanın əli ilə vurduğu top təşkilatçıların ilkin 10 milyon dollarlıq qiymətləndirməsindən xeyli aşağı, 3,35 milyon dollara hərraca çıxarılıb.
Müqayisə üçün, Maradonanın eyni matçda geyindiyi forma 2022-ci ildə “Sotheby’s” hərracında təxminən 9,3 milyon dollara satılmışdı.
Həmin matçda Argentina İngiltərəni 2-1 hesabı ilə məğlub etmişdi. Argentinanın hər iki qolunu Dieqo Maradona vurmuşdu.
51-ci dəqiqədə onun əli ilə vurduğu qol “Tanrının əli” kimi tanındı. Dörd dəqiqə sonra o, “Əsrin qolu” adlandırılan ikinci qolu vurdu. Argentina daha sonra 1986-cı ildə Dünya Kubokunun qalibi oldu.


Mənbə: publika.az