Məhəmməd Salah Misir millisinin rekordçusu olub.
Cinah oyunçusu Malavi üzərində 5-0 hesablı qələbə qazanılan oyunda iki qol vurub. Bununla da onun milli komandanın heyətində vurduğu qolların sayı 70-ə çatıb.
O, bir həftə əvvəl baş məşqçi vəzifəsindən kənarlaşdırılan Hossam Hassanı (69 qol) geridə qoyub. Lakin Salahın 70 qolu daha az – 123 oyunda vuruv. Hossam 176 oyunda 69 qol vurmuşdu.
Mənbə: publika.az