"Neftçi" və "Qarabağ"ın hədəfində olan yarımmüdafiəçinin adı yaxın keçmişdə İsrailin "Makkabi Hayfa" ilə də yanaşı çəkilirdi. Ancaq İsrail təmsilçisi bu iddiaları təkzib edərək, Rosanın onların transfer siyahısında yer almadığını bəyan edib.
Paytaxt təmsilçisi "Neftçi" braziliyalı oyunçunu birillik icarə əsasında heyətinə qatmaq və bu müddətdə onun bütün maaş xərclərini təkbaşına qarşılamaq istəyir.
Bu gərgin transfer mübarizəsinə qoşulan "Qarabağ" isə fərqli strategiya seçərək Kipr klubuna 150 min avro məbləğində icarə haqqı təklif edib. Ağdam klubunun şərtlərinə əsasən, əgər Rosa mövsüm ərzindəki matçların 50 faizində iştirak edərsə, "Köhlən atlar" onun tam transfer hüquqlarına yiyələnmək üçün APOEL-ə əlavə olaraq 850 min avro ödəmək öhdəliyini öz üzərinə götürəcək.
Xatırladaq ki, yarımmüdafiəçinin APOEL klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Müqavilənin xüsusi bəndinə görə, oyunçunun gələcək satışından əldə ediləcək gəlirin 50 faizi birbaşa onun keçmiş klubu "Bahia"nın büdcəsinə köçürüləcək.
Qeyd edək ki, Braziliyanın "Qremio" klubunun yetirməsi olan Dieqo Rosa 2021-2023-cü illərdə İngiltərədə "Mançester Siti"nin formasını geyinib. Dieqo Rosa 2019-cu ildə Braziliya millisinin heyətində 17 yaşlılar arasında dünya çempionatının qalibi adını qazanıb.

Mənbə: oxu.az