“Turan Tovuz” - “Şamaxı” matçında qalmaqallı qərar - Video

“Turan Tovuz” - “Şamaxı” matçında qalmaqallı qərar -

Misli Premyer Liqasının 2-ci turunda keçirilən “Turan Tovuz” - “Şamaxı” matçı hakimin qalmaqallı qərarı ilə yadda qalıb.

Qarşılaşmanın 76-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Jorje Silva cərimə zərbəsindən fərqlənsə də, referi Rauf Cabbarov meydanın mərkəzini göstərməyib.

Epizodun təkrarında da topun qapı tirinə dəyərək xətti keçdiyi görünür. Lakin hakimlərin qərarı qalmaqala yol açıb. Bu epizod yerli azarkeşlərin etirazına səbəb olub.

Qeyd edək ki, matç 0:0 hesabı ilə başa çatıb.

Mənbə: qafqazinfo.az