Almaniyanın "Ştutqart" klubunun futbolçusu Ermedin Demiroviç karyerasını Türkiyədə davam etdirə bilər.
Bu barədə "TRT Spor" məlumat yayıb.
"Qalatasaray" 28 yaşlı hücumçunu heyətinə qatmaq istəyir. "Sarı-qırmızılar" Bosniya və Herseqovinadan olan oyunçu üçün təklif də göndərib.
Xatırladaq ki, Ermedin Demiroviç Bundesliqa təmsilçisinin hey'tində 88 matçda 32 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə: azxeber.com