"Sabah böyük oyun olacaq".
Bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasından əvvəl keçirilən mətbuat konfransında "Sabah"ın futbolçusu Velko Simiç deyib.
O bildirib ki, komanda azarkeşlərə gözəl oyun nümayiş etdirmək istəyir:
"Sabah böyük kluba qarşı oynayacağıq. Biz bu stadionu sevirik və azarkeşlərimizi burada da sevindirəcəyimizə inanırıq. Ardıcıl beş oyunda qol vurmağım məni daha da motivasiya edir. Mən qol sayını artırmaqdan çox komandaya töhfə vermək istəyirəm".
Qeyd edək ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Sabah" - "Hapoel Beer-Şeva" matçı saat 20:45-də başlayacaq.
Xatırladaq ki, komandalar arasında ilk qarşılaşma İsrail təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Mənbə: oxu.az