Kenan Yıldızdan bəd xəbər - Ayağında sınıq aşkarlandı

Kenan Yıldızdan bəd xəbər -

“Yuventus”un türkiyəli ulduzu Kenan Yıldız ağır zədə alıb.

“Tuttosport”a istinadən xəbər verilir ki, İtaliya A Seriyasının start matçında “Frozinone” ilə keçirilən görüşdə (1:0) zədələnən 21 yaşlı vingerin sol ayaq daraq sümüyündə sınıq təsbit edilib.

Qarşılaşmanın 69-cu dəqiqəsində zədələnərək meydanı tərk edən futbolçunu Jeremi Boqa əvəzləyib. Həkim müayinəsindən sonra Yıldızın zədəsinin ciddi olduğu və onun əməliyyat olunacağı bildirilib. Türkiyəli hücumçunun yaşıl meydanlara qayıtmasının təxminən 3 ay çəkəcəyi gözlənilir.

Məlumat üçün bildirək ki, K. Yıldız ötən mövsüm Turin təmsilçisinin heyətində bütün turnirlərdə 47 matçda vurulan 11 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı onun transfer dəyərini 75 milyon avro qiymətləndirir.

Mənbə: qafqazinfo.az