“Neftçi” klubun futbolçusu Alessio Kurçi ilə yolları ayırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 24 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, ötən ilin yayında transfer olunan lüksemburqlu hücumçu “Neftçi”nin heyətində 19 rəsmi oyun keçirib, 2 qol vurub, 1 assist edib.
Mənbə: qafqazinfo.az