"Qarabağ" Polşanın "Qurnik Zabje" klubunun nigeriyalı yarımmüdafiəçisi Taofik İsmahil ilə yaxından maraqlanır.
Goal.pl saytına istinadən xəbər verilir ki, 26 yaşlı nigeriyalı vingerin karyerasını Azərbaycanda davam etdirəcəyi gözlənilir.
"Çox güman ki, Taofik İsmahil yaxın vaxtlarda klubundan ayrılacaq. Cinah oyunçusu "Qarabağ"ın diqqət mərkəzinə düşüb və klub yaxın vaxtlarda ilk təklifə müsbət cavab verə bilər. Nigeriyalı futbolçunun klubunda vəziyyəti getdikcə mürəkkəbləşir. Baş məşqçinin onu komandasında görmək istəmədiyi açıq şəkildə hiss olunur. Buna sübut olaraq, UEFA Konfrans Liqasının "Monako" ilə pley-off görüşlərinə onun əvəzinə başqa oyunçunun dəvət edilməsi qərarını göstərmək olar", - deyə materialda bildirilir.
Mənbə: oxu.az