“İmişli” ilə “Neftçi” cərimə olundu

“İmişli” ilə “Neftçi” cərimə olundu

AFFA İntizam Komitəsi iki klubu cərimələyib.

Bu barədə qurumun iclasında qərar qəbul edilib.

Azərbaycan Premyer Liqasında 2-ci turun “Zirə” – “İmişli” oyununda qonaq komanda 5 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.

“Neftçi” – “Araz-Naxçıvan” oyununda isə stadionun işıqlandırılmasında yaranan problem səbəbindən matç 4 dəqiqə dayandırılıb. Paytaxt təmsilçisi buna görə 2000 manat cərimə ödəyəcək.

Mənbə: publika.az