İngiltərənin “Mançester Siti” komandası Mərakeş millisinin futbolçusu Ayub Buaddini heyətinə qatıb.
Bu barədə Mançester təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Mərkəz yarımmüdafiəçisi “şəhərlilər”ə Fransanın “Lill” klubundan keçib. Tərəflər arasında 2031-ci ilin yayınad qədər müqavilə imzalanıb.
“Lill” 19 yaşlı yetirməsinin satışından, bonuslar da daxil olmaqla, 100 milyon avro qazanacaq.
Qeyd edək ki, Ayub Buaddi “Lill”in yetirməsidir. O, Liqa 1 təmsilçisinin əsas komandasında 96 oyun keçirib və 4 məhsuldar ötürmə edib.
O, Mərakeş millisində 8 oyun keçirib ki, bunların 5-i dünya çempionatına təsadüf edib.
Mənbə: unikal.az